Ərdoğanın qardaşı oğlunun polis şöbəsinə hücumu- VİDEO


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu və mühafizəçisi Əli Ərdoğan polis şöbəsinə basqın edib.


AzNews.az basqının görüntülərinin yayınlandığı odatv.com saytına istinadən xəbər verir ki, Əli Ərdoğan polis bölməsində əmisinə qarşı etiraz etdikləri üçün polis bölməsinə gətirilənləri təhqir edib. Həmçinin polislərə həmin şəxslərə işgəncə verməyi əmr edib.

Əli Ərdoğanın hətta polis rəisinin də ünvanına söyüş söydüyü kadrlardan bəlli olur.

Ən maraqlısı isə Əli Ərdoğanın işgəncə əmrini yerinə yetirməyən polis rəisininin sonradan vəzifədən kənarlaşdırılmasıdır.

Elnur
AzNews.az