Türkiyədə istefaların iki səbəbi: rüşvət və qadın

Türkiyədə İqtisadiyyat naziri Zafər Çağlayan və Daxili İşlər naziri Muammer Gülerin istefası ölkənin yaxın tarixində baş verən qalmaqallı istefaları gündəmə gətirib.


Bu baxımdan ən son olay Turqut Özalın baş nazir olduğu dönəmdə dövlət naziri İsmail Özdağların istefası olub. İ.Özdağlar haqqında "rüşvət almaq", "vəzifədən sui-istifadə" iddiaları ortaya atılıb.

Bu iddialardan sonra baş nazir Turqut Özal İsmail Özdağları istefaya çağırıb. Özdağlar nazir vəzifəsi ilə yanaşı, millət vəkilliyindən də istefa edib. Daha bir maraqlı istefa 1979-cu ildə Bülent Ecevitin hökumətində yer alan Daxili İşlər naziri Hasan Fəhmi Günəşin istefası olub.

Nazirin o dövrün məşhur müğənnisi və aktrisa Aynur Aydanla sevgi macərası yaşadığına dair məlumatlar yayılıb. Daha sonra nazir müğənninin evindən çıxarkən görüntülənib və bu siyasi qalmaqal nazirin istefası ilə nəticələnib.

Elnarə
AzNews.az