Ərdoğan: “Türkiyə xalqı seçim qarşısındadır“

Türkiyə xalqı seçim qarşısındadır - inkişafı davam etdirmək və yeni Türkiyə qurmaq, yaxud əvvəlki kimi zəif Türkiyə olmaq.

Trend-in verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya vilayətində çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyənin əvvəlki kimi zəif olmasını istəyən qüvvələr var.

R.T.Ərdoğan qeyd edib ki, əgər Türkiyədə korrupsiya varsa, hökumət bunu gec-tez üzə çıxaracaq.

AzNews.az