“Vixr - Antiterror“ əməliyyatına 4000 polis cəlb olunub


AzNews.az RIA Novosti - yə istinadən xəbər verir ki, iki teraktın baş verdiyi Volqoqradda 268 axtarış qrupu fəaliyyət göstərir.
Restoranlarda, kafelərdə, ticarət çadırlarında, avtoyuma yerlərində və digər özəl obyektləırdə yoxlamalar aparılır. Əməliyyatların elə birinci günü polisə 80 - dan çox şübhəli aparılıb.
"Vixr - Antiterror" adlanan əməliyyatlara 4000 - dən çox polis əməkdaşı cəlb olunub . 268 axtarış qrupu 142 post fəaliyyət göstərir.

Volqoqradda nə baş verir

Bir sutkadan da az bir müddətdə Volqoqradda iki partlayış olub - dəmir yol vağzalında və troleybusda. Hər iki fakt terror hadisəsi kimi qiymətləndirilib.
Dəmir yolundakı 10 kiloqram tirotil effekti gücündə olan partlayış bazar günü yerli vaxtla 12.45 - də baş verib. Əvvəlcə partlayışı törədənin qadın olması barədə xəbər yayılsa da, sonra məlum olub ki, teraktı kişi törədib.
Bu gün , 30 dekabrda isə Dzerjinski rayonunda, bazarın yaxınlığında 15 nömrəli troleybus partladılıb. Ağzına qədər sərnişinlə dolu olan troleybus pik saatda yaşayış kvartalından, "Kaçinskoe uçilişe" dayanacağından hərəkətə başlayan anda partlayış baş verib.
Hər iki partlayış nəticəsində 30 nəfərdən çox adam həlak olub, 100 - lərlə şəxs xəsarət alıb. Yaralıların çoxunun vəziyyətini həkimlər çox ağır olaraq qiymətləndiriblər.

Əli
AzNews.az

image description image description image description image description