Ermənilərdən etiraf: “Suriya erməniləri Ermənistanda qalmaq istəyir”

Suriyada vəziyyətin gərginləşməsi səbəbiylə Ermənistana üz tutan suriya erməniləri ölkədə qalmaq istəyir. Bu barədə açıqlamanı Suriya Erməniləri komitəsinin sədri Firdus Zakaryan verib.

AzNews.az-ın Armenpress.am saytına istinadən verdiyi xəbərə görə, bu ölkədə qalmaq istəyən suriyalı ermənilər bir çox çətinliklərlə üzləşirlər. Komitə sədrinin sözlərinə görə onların əsas problemi işlə bağlıdır.

Belə ki, suriyalı ermənilər ağır iqtisadi çətinliklər məngənəsində boğulan ölkədə ixtisaslarına uyğun iş tapa bilmirlər. Əksər hallarda isə, məvacib onları qane etmir və Suriyada daha yüksək əmmək haqqı aldıqlarını deyirlər. təklif olunan işlər də onları qane etmir. Belə ki, ikinci sinif işlər suriyalı ermənilərə təklif olunur ki, bu da narazılıq yaradır.

Daha bir problem isə suriyalı şagirdlərlə bağlıdır. Belə ki, Şərqi Erməni dilində təhsil almayan suriyalı şagirdlər dərslərə uyğunlaşa bilmirlər. Zakaryan problemin aradan qaldırılması məqsədiylə yeni siniflərin açılacağını da deyib. O, həmçinin Suriya ermənilərinin sağlamlıq problemlərinə də toxunub və bildirib ki, onların əksəriyyəti psixoloji cəhətdən sarsıntı keçirmiş şəxslərdir. Ona görə də səhiyyə nazirliyi onların adaptasiyası üçün tədbirlər görür.

Qeyd edək ki, Ermənistan böyük canfəşanlıqla köçürdüyü erməniləri ölkədə yerləşdirmək iqtidarında olmadığını nəhayət ki, anlamış oldu. Çünki ölkənin iqtisadi və digər resursları buna kifayət etmir.

Sadiq
AzNews.az