Kliçko vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq etdi


Ukraynanın "UDAR" Partiyasının lideri Vitali Kliçko ölkənin vətəndaş müharibəsinin astanasında olduğuna dair xəbərdarlıq edib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkədəki vəziyyət diktaturaya aparır:

"Ukraynada yaranan problemlər bizi çox sayda insanın öləcəyi vətəndaş müharibəsinə sürükləyir. Biz Ukraynanı itirə bilərik. Ora diktatura yaranacaq".

Bununla yanaşı Kliçko bildirib ki, ölkədəki vəziyyət kritik həddə çatıb və göz qırpımında hər şey dəyişə bilər.

Elnarə
AzNews.az