Aşıq Veysəlin nəvəsi CHP-dən namizəd olur

CHP Partiya Məclisinin sabahkı toplantısında rayon namizədlərini dəqiqləşdirəcək.

Namizədlərin içində Aşıq Veysəlin nəvəsi də var.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nin Partiya Məclisi başqan Kılıçdaroğlunun sədrliyi ilə toplanacaq. Toplantıda Kılıçdaroğlunun xalq ozanı, aşıq Veysəlin nəvəsi Çidəm Özəri İstanbulun Kadıköy rayonuna namizəd göstərəcəyi gözlənilir.

Aşıq Veysəli Ankaraya buraxmırdılar

Xatırladaq ki, vaxtilə Türkiyədə tək partiya zamanında despot idarəçilərindən biri olaraq tanınan Nəvzad Tandoğan Aşıq Veysəli yamaqlı libasına görə Ankaraya buraxmamışdı.

AzNews.az