İran narkotiklərlə mübarizədə təklənir

Beynəlxalq İnsan Haqları Təşkilatı İranda narkotiklərə qarşı mübarizə tədbirləri üçün beynəlxalq yardımların dayandırılmasını istəyib. Təşkilat fikrini İranda qaçaqmalçıların məhkəmələrinin düzgün aparılmaması və bundan su-istifadə hallarının olması ilə əlaqələndirib: "Bütün bunlar nəzərə alınaraq bu ölkəyə qaçaqmalçılıqla bağlı texniki və maddi yardımlar dayandırılmalıdır".


Təşkilatın bildirdiyinə görə, son illərdə Yaponiya, Kanada, Avropa Birliyi ölkələri və BMT İrana qaçaqmalçılıqla mübarizə aparmaq məqsədi ilə milyonlarla dollar maddi yardım göstərib.


Təşkilat yetkililərinin fikrincə, İranın agır və qəddar qanunları, gizli məhkəmələri və hətta az miqdarda narkotik maddə üçün edam cəzaları qəbul edilməzdir: "Son illərdə edam hökmlərinin artması və edam olunanların əksəriyyətinin narkotik maddə alveri ilə suçlanması diqqətdə saxlanaraq bu ölkəyə göndərilən yardımlar dayandırılmalıdır".


Alpər

AzNews.az