Nazirlikdə elektron baza yaradılacaq

Kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılacaq.


AzNews.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan islahatlar, o cümlədən kadr siyasəti sahəsində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştiraki ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılması qərarlaşdırılıb.

Bu məqsədlə Nazirlik ali təhsil və ya bu il məzun olacaq (yüksək qiymətlərlə) şəxslər, beynəlxalq layihələrdə iş təcrübəsi, sərbəst ingilis və ya digər xarici dilləri bilmə, MS Office bilik və tələblərə cavab verən mütəxəssislərinin elektron məlumat bazasına daxil edəcək. Bunun üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərini, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) hr@agro.gov.az elektron poçt ünvanına göndərməyə dəvət edir.

Amid
AzNews.az