- Köhnə - Region
- 20 Fevral 2014 11:55
- 3 293
Ukrayna parlamentində təxliyyəyə başlanılıb

Deputat Vladimir Litvin jurnalistlərə bildirib: "Hamıya təcili təxliyyə elan edilib".
Hazırda "Berkut" xüsusi təyinatlılarının kiçik qrupu etirazçıları Oktyabr sarayından İnstitut küçəsi ilə Müstəqillik meydanına tərəf sıxışdırmağa başlayıb.
Hazırda İnstitut küçəsində 3 minə yaxım nümayişçi var. "Berkut" Olqinski küçəsinə çəkilib və gözyaşardıcı qaz qumbaralarından istifadəni davam etdirir.
Bu gün yerli vaxtla təxminən saat 09:00-da nümayişçilər mütəşəkkil dəstələrlə hücuma keçərək Oktyabr sarayını tutublar.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zəhərli maddə tətbiq edilməsinə dair məlumat yayılmışdı.
DİN-in mətbuat katibi Sergey Burlakov yerli televiziyanın efirində bildirib ki, bunun hansı maddə olduğu hələlik aydınlaşdırılır.
Yol polisinin əməkdaşları Kiyevin mərkəzi küçələrində yolları nəzarət altına alıblar.
AzNews.az