"Milis formasını geyinmişik ki, Ukrayna xalqına xidmət edək" "Milis formasını geyinmişik ki, Ukrayna xalqına xidmət edək"

Ukraynada milis zabitləri müxalifətə keçdi

"Milis formasını geyinmişik ki, Ukrayna xalqına xidmət edək"



AzNews.az-a Ukraynadan verilən xəbərə görə, bu barədə məlumat Kiyevin mərkəzi meydanında müxalifət liderlərinin iştirakı ilə yeni başlayan mitinqdə deyilib.

Mitinqdə çıxış edən müxalifət liderlərindən olan Yuriy Luçenki deyib ki, milis öz mövqeyində qalmalı və xalqı qorumalıdır. Daha sonra müxalifət tərəfə keçən milis zabitləri tribunaya dəvət edilib.

Onlar çıxışlarında bildiriblər ki, Ukrayna Daxili İşlər Nazirliyinin Lıvov Vilayət İdarəsində çalışırlar: "Bura ukraynalı olduğumuzu bildirmək üçün gəlmişik. Milis formasını da əynimizə ona görə geyinmişik ki, Ukrayna xalqına xidmət edək". Milis zabitləri çıxışlarında digər həmkarlarını da xalqla həmrəy olmağa çağırıblar.

Məhəmməd
AzNews.az