"Bütün tərəflər bu çətin vəziyyətdə diqqətli olsunlar" "Bütün tərəflər bu çətin vəziyyətdə diqqətli olsunlar"

ATƏT sədri Krıma nümayəndələrini göndərir

"Bütün tərəflər bu çətin vəziyyətdə diqqətli olsunlar"




ATƏT-in nümayəndələri vəziyyətin gərgin olduğu Krım Muxtar Respublikasına gedir.

AzNews.az-ın məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Dide Burkxalter açıqlmasında Krımda baş verənlərlə bağlı narahatlığını bildirib. O, bütün tərəfləri bu çətin vəziyyətdə diqqətli, ehtiyatlı olmağa və gücdən istifadə etməməyə çağırıb.

ATƏT-in sədri deyib ki, şəxsi nümayəndəsi Tim Quldiman və qurumun Ali komissarı Astrid Sors Krıma səfər edəcək. O, yaxın günlərdə bu səfərin reallaşacağını da qeyd edib.

Məhəmməd
AzNews.az