- Köhnə - Region
- 3 Mart 2014 14:27
- 2 053
Böyük Britaniyanın xarici işlər naziri Kiyevə gedib

Böyük Britaniyanın xarici işlər naziri Ulyam Heyq Ukraynaya səfərə gəlib.
AzNews.az-ın məlumatına görə, hazırda Kiyevdə Ukrayna rəhbərləri ilə görüşlər keçirən U. Heyq deyib ki, Böyük Britaniya beynəlxalq proqramlar çərçivəsində Ukraynaya yardım etməyə hazırdır: "Biz iqtisadi vəziyyəti və bununla bağlı məsələləri müzakirə etdik. Britaniya konkret maliyyə proqramları çərçivəsində Beynəlxalq valyuta Fondunun Ukraynaya göstərəcəyi yardımı dəstəkləyir".
U. Heyq vurğulayıb ki, Böyük Britaniya Ukraynada təcili iqtisadi-siyasi islahatlara başlanması məqsədilə bu ölkəyə 10 milyon funt sterlinq məbləğində maliyyə yardımı etməyə hazırdır: "Bu gün britaniyalı ekspertlər bu məsələləri araşdırmaq məqsədilə Kiyevə gələcəklər".
Məhəmməd
AzNews.az