Krım uğrunda mübarizə qızışır: Türkiyə iddiaçılar arasında


Ukrayna ərazisi olan Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaq edilməsi cəhdi Türkiyədə birmənalı qarşılanmır.

AzNews.az-ın məlumatına görə, Rusiyanın Krımda həyata keçirdiyi hərbi əməliyyatlar, Ukraynanın buradanb sıxışdırılıb, çıxarılması cəhdləri Türkiyədə ciddi narahatlıqla qarşılanır.

Türkiyə mediasının yazıdığına görə, ölkə rəhbərliyində və siyasi dairələrdə Krımda rusdilli əhalinin hüquqlarının qabardılması fonunda müstəqillik istiqamətində addımların atılması ürəkaçan hesab olunmur.

Ölkə KİV-nin hökumətdə olan mənbələrinə istinadən verdiyi məlumata görə, Krım müstəqilliyini elan etdiyi təqdirdə Türkiyə yarmadaya qarşı ərazi iddiası ilə çıxış edə bilər.

Buna isə 1783-cü ildə Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında bağlanan müqavilə əsas yaradır. Belə ki, Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında uzun sürən müharibələrin yekunu olaraq, 1783-cü ildə adıçəkilən iki dövlət arasında sülh sazişi imzalanıb. Sazişə əsasən türklərin (tatar) daha çox yaşadığı Krım Rusiyanın tabeliyinə keçir.

Razılaşmanın bir müddəasında isə xüsusi qeyd olunub ki, yarmada müstəqillik iddiasına düşərsə, Krım yenidən Osmanlı İmperiyasının tərkibinə qayıtmalıdır. Osmanlı İnperiyasının varisi kimi isə bu hüquq Türkiyəyə verilib.

Qeyd edək ki, Krım xanlığı 1475-ci ildə Osmanlı imperiyasından asıllığa düşüb. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçür.

Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa dönür.

İlk Sovet illərində Krım muxtariyyət əldə etdi. 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarları, həmçinin yunan, bolqar, türk, erməni, italyan, Azərbaycan türkləri, çərkəz əhalisi hakimiyyət tərəfindən Orta Asiyaya sürgün edilir.

1945-də Krımın muxtariyyəti ləğv olunub. 1954-cü ildə SSRİ Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq, Ukraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.

Məhəmməd
AzNews.az