- Köhnə - Region
- 25 Avqust 2012 09:26
- 3 673
Putinlə Yanukoviç Soçidə görüşür

Tərəflər delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə ukraynalı həmkarı ilə görüşəcək. AzNews.az-ın vesti.ru satına istinadən verdiyi xəbərə görə işgüzar səfərdə tərəflər əsasən delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər. Əsas məsələ isə, su sərhədlərinin müəyyənləşdirilməsidir.
Qeyd edək ki, iyulun 12-də Yaltada Rusiya-Ukrayna dövlətlərarası komissiyanın 5-ci iclası keçirilib. Həmin iclasda hər iki ölkənin birinci şəxsləri iştirak ediblər. Yalta görüşündə bir sıra ikitərəfli əlaqələr baxımından əhəmiyyətli sənədlər imzalanıb. Bunların başında isə Rusiya-Ukrayna strateji tərəfdaşlıq bəyannaməsi gəlir.
Qeyd edək ki, ötən ul iki ölkə arasında ticarət dövriyyəsi 55 milyard dollar təşkil edib. Ümumiyyətlə isə Ukrayna Rusiyanın 5-ci ən böyük ticarət tərəfdaşıdır.
Sadiq
AzNews.az