- Köhnə - Region
- 25 Avqust 2012 11:27
- 2 868
İrandakı zəlzələdə nə qədər adam ölüb? - Statistika
AzNews.az-ın məlumatına görə, zəlzələ nəticəsində 72 uşaq həlak olub. Onların 70-nin yaşı 18-dən aşağıdır. 10-19 yaşlarında 10, 20-39 yaşlarında 54, 40-59 yaşlarında 38, 60-79 yaşlarında 58 nəfər təbii fəlakətin qurbanı olub.80 yaşından yuxarı 24 adam ölüb. 82 nəfərin yaşı 60-dan yuxarı olub.
Təbii fəlakət nəticəsində ölən 306 nəfərdən 258-i Qaradağ mahalındandır. Onlardan 171-i qadın, 87-si kişidir. Ölənlərin 63.5 faizini qadınlar təşkil edir.
Bahadur Eyuboğlu
AzNews.az