Azərbaycanlılar Putinə etiraz etdi: "Ukraynadan əllərini çək”

Etirazçılar "Rusiyaya yox, Putinə yox" şüarlarını səsləndiriblər

Rusiyanın Krım Muxtar Respublikasına hərbi müdaxiləsinə etiraz edən, aralarında azərbaycanlıların da olduğu yüzə yaxın nümayişçi Ağ Ev qarşısında etiraz aksiyası keçirib.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Krım tatarları, türklər və əksəriyyəti Ukrayna əsilli amerikalılar olan etirazçılar əllərində Ukrayna bayrağı ilə "Rusiyaya yox, Putinə yox" şüarları səsləndirərək əllərində "Rusiya imperatorluğuna yox", "Putin, Ukraynadan əllərini çək" "Krımdakı azlıqlara kömək edin" şüarları yazılan plakatlar qaldırıblar.

Azərbaycanlı Elyaz Yelkənli Krım tatar türklərinin yanında olduqlarını göstərmək üçün aksiyada iştirak etdiklərini bildirib: "İstər Azərbaycan türkü olsun, istər qırğız olsun, istərsə də özbək olsun. Rus hücumlarının qarşısındayıq və onları qınayırıq".

AzNews.az