- Köhnə - Region
- 13 Mart 2014 11:55
- 4 320
Baş nazir nurçuları şiələrlə müqayisə etdi- VİDEO
24 TV-nin canlı yayımında son dövrlər "Gülən hərəkatı" ilə hökumət arasında yaşanan gərginlikdən danışarkən, Baş nazir nurçularla şiələrin müqayisəsini aparıb.
Təqdim etdiyimiz videonun 4:20-ci saniyəsindən sonra Ərdoğan "Gülən hərəkatı" ilə şiələri müqayisə edir:
Bunların üç xasiyyəti var
Baş nazir deyib: "Bu hadisələr olduğu zaman biz bir şeyi dəqiqləşdirdik. Mən bunu bilmirdim. Bunların üç vacib xasiyyəti var: Təqiyyə, yalan, iftira. Üçünün də nəticəsində fitnə və fəsad var. Yəni belə çox rahatlıqla təqiyyə edirlər. Bunlar artıq şiəni keçmiş vəziyyətdədirlər. Şiə bunların əlinə su tökə bilməz".
Qeyd edək ki, Türkiyə millətçiləri tərəfindən Ərdoğanın nurçuları "fitnə və fəsad baxımından şiələri keçdiyi" və dolayısı ilə şiələri təhqir etdiyi ilə bağlı statuslar paylaşılır. Ancaq videonun dönə-dönə incələnməsindən sonra Ərdoğanın yalnız "təqiyyə" baxımından nurçularla şiələri müqayisə etdiyi aydınlaşır. Təqiyyə - ölüm təhlükəsi qarşısında "Allahın inkar edilməsinə" deyilir. Sünnilər ən sərt cəza və ölüm qarşılığında belə Allahın inkarını qəbul etmirlər, şiələr isə "təqliyyə edib" (Allahdan bağışlanmağı istəyib) yalandan Allahın inkar edilməsini və özünü qorumağı məqbul sayırlar.(axar.az)
)
AzNews.az