- Köhnə - Region
- 13 Mart 2014 12:16
- 3 157
Ukrayna BMT-dən kömək istədi – Müraciət
AzNews.az-ın məlumatına görə, Ukrayna parlamenti müraciətində Krımda baş verənlərin BMT-nin xüsusi sessiyasında baxılmasını xahiş edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyünün tanınması və Krımda keçirilən referendumu pisləyən qətnamənin qəbuluna da hazırlıq gedir.
Həmçinin, bu gün BMT Təhlükəsizlik Şurasının növbəti iclası Ukrayna hadisələrinə həsr ediləcək. İclasda ABŞ-da səfərdə olan Ukraynanın baş naziri Arsen Yasenyuk çıxış edəcək.
AzNews.az