Orxan Zeynalovun keçmiş müdiri axtarışa verilib - FOTO

Keçən ilin oktybar ayında Şəmkir sakini Orxan Zeynalovun moskvalı Yeqor Şerbakovu vurması ilə gündəmə gələn Biryulevo tərəvəz bazasının əsas sahibi barədə beynəlxalq axtarış verilib.

ANS PRESS-in məlumatına görə, Biryulevoda yerləşən "Novıe Çeremuşki" QSC-nin səhmlərinin 70%-nin sahibi İqor İsayevə qarşı 19 fevral 2014-cü il tarixdə federal axtarış verilib. Orxan Zeynalov Biryulevo tərəvəz bazasında işləyib.

Hadisə 2013-cü ilin oktyabr ayının 10-da 25 yaşlı Yeqor Şerbakovun naməlüm qafqazlı tərəfindən öldürülməsi ilə başlayıb. Oktyabrın 13-də rayon sakinləri küçəyə çıxaraq qatilin tutulmasını tələb ediblər.

Daha sonra diqqət tərəvəz bazasının üzərinə yönəlib və qətldə günahlandırılan Orxan Zeynalovun həmin bazada işlədiyi bildirilib. Tərəvəz bazasının rəhbərliyi qanunsuz miqrasiyanın təşkilində günahlandırılıb. Bazada anqarlar yaşayış korpuslarına çevrilərək qeyri-leqal miqrantlara kirayəyə verilib.

Dağıstanlı İqor İsayev tərəvəz bazasını 1992-ci ildən idarə edib. Əvvəllər onun adı İbrahim Hacıyev olub. Daha sonra o adını dəyişmək qərarına gəlib. Bəzi məlumatlara görə, o, Birləşmiş Ərəb Əmirliklərində gizlənir.

AzNews.az