- Köhnə - Region
- 14 Mart 2014 08:23
- 7 130
Əsgərlərə “atəş aç!“ əmri verildi

Bu təşvişə səbəb isə vəhhabi düşüncəyə sahib İŞİD ordusunun işğal etdiyi hər yerdə türbələri, sərdabələri və məqbərələri uçurmasıdır.
Qeyd edək ki, Süleyman şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babasıdır və onun məqbərəsinin yerləşdiyi Karakozak kəndi Türkiyə torpağı sayılır.
Türkiyə Baş qərargah idarəsi isə məqbərə hücuma məruz qalacağı təqdirdə İŞİD ordusuna qarşı əməliyyat keçirilməsi və atəş açılması istiqamətində əmr verib. Hazırda sərhəddə olan Türkiyə hərbi hava donanması və Quru qoşunları gözləmə mövqeyindədir.
Fransa ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış "Ankara" razılaşmasına görə, Suriyada olan bu bölgə Türkiyə torpağı kimi qəbul edilib və Süleyman şah məqbərəsində Türkiyə əsgərlərinin keşi8k çəkməsinə qərar verilib. Bu, Türkiyənin öz sərhəddinin xaricində olan yeganə torpaqdır.
AzNews.az