Lavrov: “Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxilə etmək planı yoxdur”

Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxilə etmək planı yoxdur.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Con Kerri ilə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib.

"Rusiya Federasiyasının Ukraynanın cənubi-şərqinə müdaxilə etmək planı yoxdur və ola da bilməz. Qərarımızı onunla əsaslandırırıq ki, ukraynalılar kimi rusların, macarların, bolqarların da hüquqları hökmən təmin və müdafiə edilməlidir", - deyə Lavrov bildirib.

Xatırladaq ki, Londonda ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Ukraynadakı vəziyyətlə bağlı keçirilən görüş başa çatıb. Lavrov Ukraynada konstitusiya islahatının keçirilməsinin, Kiyevin Moskva ilə birbaşa danışıqlar aparmasının vacibliyini də vurğulayıb. Rusiyalı nazirin sözlərinə görə, danışıqlar zamanı Kerri Rusiyanı sanksiyalarla hədələməyib.

AzNews.az