- Köhnə - Region
- 15 Mart 2014 22:16
- 4 333
Lənkəran sakini 6 kq narkotik vasitə ilə tutulub

ANS PRESS-in məlumatına görə, Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xalid Hüseynov saxlanılıb.
Xalid Hüseynova məxsus 1 kiloqram heroin, 3 kiloqram tiryək, 200 qram həşiş, 1 kiloqram 800 qram psixotrop maddə olan amfetomin və 1 ədəd tərəzi götürülüb.
Qeyd edək ki, saxlanılan Xalid Hüseynov əvvəllər də məhkum olunub.
AzNews.az