- Köhnə - Region
- 17 Mart 2014 12:13
- 3 420
Krım müstəqilliyini elan etdi

AzNews.az-ın verdiyi məlumata görə, iclasda Krımın parlamenti yarımadanın müstəqilliyini elan edib.
Bu qərar martın 16-da keçirilən "referendum"un nəticələri əsasında verilib.
Artıq yarımada Krım Respublikası adlandırılacaq. Sevastopol isə xüsusi statuslu şəhər olmaqla respublikanın ərazisinə tabe ediləcək.
Xatırladaq ki, Krımın separatçı rəhbərliyi martın 16-da muxtar republikada referendum keçirib. Referendumda seçicilər yarmadanın Ukraynadan ayrılaraq, Rusiyaya birləşdirilməsinə səs verib.
Məhəmməd
AzNews.az