- Köhnə - Region
- 17 Mart 2014 22:18
- 2 109
Putin Krımın müstəqilliyini tanıdı

Anspress-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Krım xalqının 16 mart 2014-cü il tarixdə keçirilmiş ümumi referendumda ifadə etdiyi iradə nəzərə alınaraq, Sevastopol şəhəri xüsusi statusa malik olan Krım Respublikası suveren və müstəqil dövlət kimi tanınsın. Bu fərman qol çəkildiyi gündən qüvvəyə minir", - deyə fərmanın mətnində bildirilir.
Putin sabah saat 15.00-də Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Rusiya Federasiyasının regionlarının rəhbərləri qarşısında Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyasına daxil olmaq barədə etdiyi müraciətdən danışacaq.
AzNews.az