Ukrayna Ordusu tərksilah olur – Krımda


Krımda Ukrayna Ordusuna məxsus hərbi hissənin tərkisilah edilməsi prosesinə başlanılıb.

AzNews.az-ın xəbərinə görə, artıq yarımadanın Perevalnı rayonunda yerləşən 36 saylı briqadanın hərbçiləri müqavimət göstərəmədən öz silahlarını "özünümüdafiə" dəstələrinin üzvlərinə təhvil verirlər.

Hərbçilərin bir qismi isə Müdafiə Nazirliyinin qərarı olmadan təslim olmaqdan imtina ediblər. Onlar bildiriblər ki, Ukrayna hərbi-siyasi dairələri baş verənlərlə bağlı qərarını açıq şəkildə bəyan etməlidir.
Ukrayna mediasının verdiyi məlumatda isə bildirilib ki, adıçəkilən briqadanın hərbçilərinin tərksilah olması ilə bağlı əmr birləşmənin komandiri tərəfindən verilib.

AzNews.az