Yanukoviçin ölkədən qaçma anı- İlk dəfə efirdə (Video)

Ukraynanın keçmiş Baş prokuroru Viktor Pşonki və keçmiş Vergilər naziri Aleksandr Klimenkonun hələ bir müddət öncə ölkədən qaçmaq istədiyi anlar Donbas aeroportunun nəzarət kameralarına düşüb və həmin görüntülər ilk dəfə efirə verilib. Efirə verilən süjetdə həmçinim sabiq prezident Viktor Yanukoviçin də qaçmaq anları yer alıb.

Videodan da göründüyü kimi, sərhəd məntəqəsini keçməyə cəhd edən sabiq məmurların şəxsi mühafizə üzvləri səhrədçilərin müqavimətini görüb onlara atəş açıblar. Adıçəkilən şəxslər hava limanının VİP terminalı ilə Ukraynadan qaçmağa çalışıblar. Sərhədçilərin bütün səylərinə baxmayaraq, həmin şəxslər naməlum istiqamətdə qaçmağa müyəssər olublar.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu Pşonkiyə qarşı Cinayət Məcəlləsinin 115-ci maddəsi – kütləvi ölüm - üzrə cinayət işi açıb. Bu sanksiya üzrə 7 ildən 17-ə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Verilən məlumatlara görə, kütləvi qətllərədə daha 50 nəfər keçmiş məmurun adları hallanır. Hazırda Pşonki axtarışa verilib.(axar.az)