Gülənin Azərbaycanda əsgərləri varmış - “Gizli döyüş doktrinası“

Fətullah Gülənin "Gizli döyüş doktrinası"nı icra edən və Rais Süleymanovun imzası olan hesabat yayılıb.



"Axar.az" xəbər verir ki, Moskva Dini Araşdırmalar Mərkəzi rəhbərinin hesabatında Gülənin əsgərləri olaraq işləyən bir kəşfiyyat təşkilatının olduğu bildirilir.



Hakimiyyətə yaxın olan Rusiya Strateji Araşdırmalar Mərkəzinin Moskva inistitutu Gülən camaatının Rusiyada təşkilatlanmasını nəzarət altında saxlayır.



Rais Süleymanovun hesbatında Rusiyada camaatın necə təşkilatlandığı və fəaliyyəti əks olunub:



"Fəthullah Gülən camaatı Rusiya Federasiyasında "gizli döyüş doktrinası" icra edən bir təşkilatdır. Camaatın Rusiya torpaqlarında aktiv fəaliyyət göstərən xüsusi bir kəşfiyyat təşkilatı var. Gülənin əsgərləri olaraq fəaliyyət göstərən bu təşkilatın üzvləri yalnız Türkiyə vətəndaşlarından ibarət deyil. Bu təşkilatın üzvləri sırasında Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin xüsusi kəşfiyyat orqanlarının sabiq işçiləri ilə yanaşı, təhsil məqsədiylə Rusiyaya gələn xarici tələbələr də vardır.



Gülən camaatın Rusiya Federasiyasına girişi və fəaliyyətləri SSRİ-nin dağılmasından sonra başlayıb. Zaman içərsində təşkilat xeyli böyüyüb və fəaliyyətinin artmasından narahat olan hökumət 2008-ci ildə məhkəmə qərarı ilə təşkilatın fəaliyyətini qadağan edib.



Təşkilat təhsilini yüksək səviyyədə davam etdirən tələbələrin yaşayış yerlərini təmin edir və təhsil xərclərini qarşılayır. Bununla da təşkilat tələbələrə Fətullah Güləninin prinsiplərinə xidmət etmələrini təlqin edir".


AzNews.az