Rusiya rəsmisi: “Ukrayna bizi öz hava məkanından buraxmadı“

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin olduğu təyyarə Ukraynanın hava məkanından buraxılmayıb.

AzNews.az xəbər verir ki, Lent.az-ın "İnterfaks"-a istindən məlumatına görə, o, 9 Mayla bağlı tədbirdə iştirak etmək üçün Moldovaya uçurmuş.


"Biz Kişneuya getmək üçün Bolqarıstan və Rumıniyadan keçərək, 4,5 saat uçduq. Ukrayna bizi öz hava məkanından buraxmadı. Yaxşı ki Ukrayna Rusiya deyil, yoxsa 20 saat uçmalı olacaqdım"-deyə, Roqozin "tvitter" səhifəsində yazıb.

Məlumata əsasən, Moldovanın Dnestryanı bölgəsi üzrə Rusiya prezidentinin özəl təmsilçisi Roqozin cari ilin aprelində bildirmişdi ki, bu il Mayın 9-u bayramının Tiraspolda (Dnestryanının mərkəzi şəhəri) qeyd edəcək.


Mənbə bildirib ki, bu günlərdə Rusiyanın Moldovadakı səfiri Fərit Muhamedşin ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq, ondan Roqozinin Tiraspola səfəri ilə bağlı izahat istənilmişdi. Moldova XİN-dəki görüşdən sonra rusiyalı diplomat bildirmişdi ki, Roqozin Dnestryanı bölgəyə Rusiya prezidentinin özəl təmsilçisi kimi səfər edəcək.

Xatırladaq ki, ABŞ və Avropa Birliyinin Rusiya rəsmilərinə tətbiq etdiyi sanksiya siyahısında Dmitri Roqozinin də adı var.

AzNews.az