- Köhnə - Region
- 8 May 2014 21:55
- 3 958
Quranı əzbərləməklə edamdan qurtardılar

ANS PRESS-in məlumatına görə, İran ədliyyəsinin ikinci adamı höccətülislam Hadi Sadiqi ceza evlərindəki məhbuslar üçün Quran təhsili daxil olmaqla, müxtəlif mədəniyyət tədbirlərində iştirak etmək imkanı təmin edildiyini bildirib.
Sadiqi məhbus olduqları müddət içində mədəni tədbirlərə qatılan mahkumlara mükafat olaraq şərtli azad etmə və evə getmək icazəsi kimi müxtəlif təşviqlər təqdim edildiyini vurğulayıb.
Sadiqi keçən il narkotik qaçaqmalçılığı günahından edama məhkum olan 16 adamın Quranın yarısı və ya hamısını əzbərlədikləri üçün cəzalarının azaldılaraq həbsə dəyişdirildiyini söyləyib.
AzNews.az