İran polisi hakerləri işə dəvət edib

İran İntizam Qüvvələrinin İnformasiya Mübadiləsi və İstehsalı Polisi (İMİP) "ağ papaq" hakerləri işə dəvət edib. İMİP rəisi general Kamal Hadiyanfər İSNA xəbər agentliyinə verdiyi məlumatda bildirib ki, hakerlər qanunsuz internet istifadəçilərinin informasiyalarını silmədən onlara xəbərdarlıq etmək məqsədi ilə işə götürüləcək.

O, hakerləri "dəyərli insanlar" adlandıraraq indiyə qədər bir çox hakerin polislə əməkdaşlığa hazır olduğunu açıqlayıb. Hadiyanfərin sözlərinə görə, hakerlər həmçinin "qara papaq" hakerlərin fəaliyyətlərini aşkarlaya biləcəklər. |

Qeyd edək ki, İranda hakerlər "ağ papaq" və "qara papaq" deyə iki qrupa ayrılır. İranda "ağ papaq" hakerlər internet istifadəçilərinin informasiyalarını silmədən onlara müxtəlif mesajlar göndərməyi bacaran hakerlərə deyilir.
"Qara papaq" hakerlər isə internet istifadəçilərinin saytlarına hüçum edərək saytda olan məlumatları silən və ya saytları, eləcə də kompyuterləri zərər verən hakerlərə deyilir.

Alpər
AzNews.az