Soma faciəsində ölənlərin sayı 307-yə çatdı - Türkiyə qarışdı

301 nəfərin ölümüylə nəticələnən Soma faciəsi ilə bağlı təzadlı açıqlamalar davam edir. AzNews.az Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, ilk gündən ən çox müzakirə olunan - neçə nəfərin dünyasını dəyişməsi məsələsiylə bağlı yeni rəqəm açıqlanıb. Ölkənin enerji naziri Taner Yıldızın açıqlamasındna sonra rəsmi məlumatlarda ölənlərin sayının 307 nəfər göstərilməsi isə ölkədə günlərdir davanm edən gərginliyi bir qədər də artırıb. Hadisəylə bağlı saxlanılanlar isə bunları deyiblər: "Dinamit partladırdıq. Buna görə də hərarət artırdı".
Prokuroluğun dindirmələrində isə məlum olub ki, mədəndə işləyən işçilərin əksəriyyətinin qoruyucu vasitələri yox imiş. Mədən faciəsindən sağ çıxan H.D adlı şəxsin dediklərindən: "Qaz maskaları yararsız olduğu üçün taxa bilmədilər. Son üç ayda hərarət artımı var idi. Mənim maskam işlək idi. Ancaq bir çox yoldaşımın maskalarının yarasız olduğunu gördüm"

İntiqam Valehoğlu
AzNews.az