SSRİ bərpa olunacaq?- Prezidentdən açıqlama

Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvanın SSRİ-ni bərpa edəcəyi ilə bağlı səslənən iddialara cavab verib.

Modern.az xəbər verir ki, Kreml rəhbəri bu iddiaların əsassız və informasiya müharibəsinin tərkib hissəsi olduğunu bildirib. Onun sözlərinə görə Rusiya heç də postsovet məkanını öz təsiri altına almaq niyyətində deyil. V. Putin qeyd edib ki, bəzi dairələr bilərəkdən Rusiyanın guya SSRİ-ni bərpa edəcəyi ilə bağlı məlumatlar yayır.

O, Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı imzalanacaq sənəddə heç bir imperiya ambisiyalarının olmadığını vurğulayıb.

Qeyd edək ki, Kremlin layihəsi hesab olunan Avrasiya İttifaqının 2015-ci ilin ilk aylarından reallaşacağı gözlənilir. Ekspertlər bunu, V. Putinin SSRİ-ni bərpa etməsi istiqamətindəki səyləri kimi xarakterizə edir.

AzNews.az