Donetsk vağzalında toqquşma - 1 ölü, 2 yaralı

Ukrayna ordusu silahlı separatçı və terrorçulara qarşı Donetskdə antiterror əməliyyatı keçirir.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Donetsk dəmiryol vağzalı ətrafında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Donetsk vilayəti səhiyyə idarəsi faktı təsdiqləyib: "Bu gün dəmiryol vağzalı ətrafında bir nəfər ölüb, biri uşaq olmaqla iki nəfər qəlpə yarası alıb".

AzNews.az