Türkiyədə Ərdoğana qarşı birlik yaradılır

Türkiyənin siyasi partiyaları Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı birləşir.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğluyla görüşəcək. Toplantıda prezident seçkisində vahid namizəd məsələsi müzakirə olunacaq.

Mayın 30-da keçiriləcək görüşdən sonra D. Bağçalının bir sıra kiçik partiya liderləri ilə də danışıqlar aparması nəzərdə tutulub. Həmin siyasi təşkilatlar arasında Səadət Partiyası, Böyük Birlik Partiyası və Demokratik Sol Partiyası da var.

Qeyd edək ki, bu barədə yerli mətbuata D. Bağçalının müavini Semin Yalçın məlumat verib.

İntiqam Valehoğlu
AzNews.az