Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur

İranın Fars əyalətində güclü zəlzələ

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur



Bu gün səhər saatlarında İranın Fars əyalətində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın İran televiziyasının rəsmi xəbər saytı olan iribnews-a istinadən verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 08:18-də baş verdiyini bildirib. Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

AzNews.az