Rusiyada tanınmış bloqqer Rüstəm Adaqamovun sosial şəbəkələrdə paylaşdığı foto-reportaj ölkədə şok yaradıb. Rusiyada tanınmış bloqqer Rüstəm Adaqamovun sosial şəbəkələrdə paylaşdığı foto-reportaj ölkədə şok yaradıb.

Rusiyada ərzaq böhranı? - Tanınmış bloqqer ölkəni təşvişə saldı (FOTOLAR)

Rusiyada tanınmış bloqqer Rüstəm Adaqamovun sosial şəbəkələrdə paylaşdığı foto-reportaj ölkədə şok yaradıb.


AzNews.az-ın yerli media istinadən verdiyi məlumata görə, R. Adaqamov Moskvanın əsas ticarət obyektlərindən olan "Slavyanskiy bulvar"dakı ərzaq mağazalarında çəkiliş aparıb.

Bloqqer paylaşdığı xəbərdə şəkilaltılarda bildirib ki, Moskva Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi embarqolardan sonra paytaxt mağazaları keyfiyyətli-brend ərzaq məhsullarına rast gəlmək mümkün deyil: "Mağazada piştaxtalar demək olar ki, boşdur. Evimin yanında kiçik mağazada haradasa, bəzi məhsulları tapmaq mümkündür. Yəqin köhnə ehtiyatları qalıb. Ancaq burada heç nə qalmayıb". Bloqqer xəbərinə belə şərh verib: "Rusiyadakı real vəziyyətlə bağlı fotolara rəy bildirin".

Rəsmi qurumlar isə spü güdən mağazada məhsulların olmamasını oradakı soyuducuların xarab olması ilə əlaqələndiriblər.












Əhməd
AzNews.az