Məhkəmə İstanbulda göydələnlərin sökülməsi barədə qərar qəbul edib

Tükiyənin Ali İnzibati Məhkəməsi İstanbulun Zeytunburnu rayonunda şəhərin tarixi mənzərəsini korlayan bir neçə göydələnin sökülməsi barədə qərar qəbul edib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Binanı inşa etdirənlərin vəkili Cihat Göydəmir bildirib ki, qərar qətidir və icra edilməlidir. Bələdiyyə qısa müddət ərzində məhkəmənin qərarını yerinə yetirməlidir.

Qeyd edək ki, Türkiyə ictimaiyyəti 2011-ci ildə Zeytunburnu rayonunda bır neçə göydələnin tikilməsi planına qarşı olmuşdu. Buna baxmayaraq, göydələnlər tikilmişdi.

AzNews.az