Ərdoğan verdiyi ziyafətdə mahnı oxudu- Video

Türkiyənin yeni prezidenti 30 avqust Zəfər bayramı münasibəti ilə ziyafət verib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın Türkiyə prezidenti kimi Çankaya iqamətgahında təşkil etdiyi ilk qəbulda xanımı Əminə Ərdoğanla birlikdə qonaqları qəbul ediblər.

3500 qonağın iştirak etdiyi Çankayada diqqət çəkən məqamlardan biri də yeni prezidentin sənətçi Yavuz Bingöl ilə birlikdə "Yəmən türkü"sü oxuması olub.




AzNews.az