- Köhnə - Region
- 4 Sentyabr 2014 14:50
- 3 594
Ermənistan səfirinin oğlu həbs edildi - Məhkəmə
Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin oğlu azadlıqdan məhrum edilib.
AzNews.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Sünik vilayət Məhkəməsi bu ölkənin Gürcüstandakı səfiri Yuriy Vartaniyanın oğlu David Vartaniyan barəsində hökmü elan edib.
Məhkəmənin bu gün verdiyi qərara əsasən, David Vartaniyan günahkar bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə D. Vartaniyanın məcburi qaydada narkoloji dispanserdə müalicəsinə dair də qərar çıxarıb.
D. Vartaniyanın atası, səfir Y. Vartaniyan isə prosesdə iştirak etməyib.
Xatırladaq ki, Ermənistanın Gürcüstandakı səfirinin oğlu David Vartanyana qarşı qaçaqmalçılıq və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı ittiham irəli sürülmüşdü.
Məhəmməd
AzNews.az