- Köhnə - Region
- 6 Sentyabr 2014 17:14
- 5 202
Sarkisyanın istefası tələbi ilə yürüş və mitinq keçiriləcək
APA - nın "Armenia Today"a istinadən verdiyi məlumata görə, P. Ayrikyan sentyabrın 8-də İrəvandakı Azadlıq meydanında keçiriləcək mitinqdə aclığa başlamasının səbəbini açıqlayacaq.
Həmin gün P. Ayrikyanın rəhbərlik etdiyi Milli öz müqəddəratını təyinetmə birliyi partiyası Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbi ilə yürüş və mitinq keçirəcək.
Partiyanın yaydığı məlumatda qeyd edilib ki, hakimiyyətin günahı ucbatından yaranmış cəhənnəm həyatı nəticəsində Ermənistan batan gəmiyə çevrilir.
AzNews.az