- Köhnə - Region
- 6 Sentyabr 2014 20:52
- 4 067
Gennadi Qatilov - “Heç kim buna risk etməz”
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Gennadi Qatilov çıxış edib.
O, heç kimin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasından çıxarmağa risk etməyəcəyini deyib:
"Bununla bağlı heç bir prosedur yoxdur. Bu məsələyə gorə səslənən fikirlərin hamısı boş siyasi deklorasiyadır. BMT-nin Nizamnaməsində Təhlükəsizlik Şurasının tərkibi və onun üzvlərinin səlahiyyətləri aydın müəyyən edilib. Bu barədə danışmaq üçün BMT Nizamnaməsini dəyişdirmək lazımdır. Bu isə demək olar ki, mümkün deyil və heç kim buna risk etməz".
AzNews.az