• Region
  • 14 Sentyabr 2012 13:33

Müdafiə nazirinin müavininə qarşı terror

Tanınmamış Cənubi Osetiya Respublikasının müdafiə nazirinin müavini İbrahim Qasseyevə qarşı terror aktı törədilib. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, 400 tratil ekvivalentində olan partlayıcı qurğu çöl qapının dəstəyinə bərkidilib.

Partlayış o, qədər güclü olub ki, dəmir qapı tamamilə yarasız hala düşüb. Qapıya daha yaxın olan Nazir Müavini yüngül xəsarət alıb. Partlayıcı qurğunun uzaqdan işə salındığı bildirilir.
Artıq yüksək rütbəli dövlət məmuruna qarşı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi açılıb.

Sadiq
AzNews.az