Həştərxan qubernatoru and içdi - FOTOLAR

Bu gün Rusiyanın Həştərxan vilayətinin yeni qubernatoru Aleksandr Jilkinin inaqurasiya mərasimi keçirilib.

Bu barədə AzNews.az vilayətin hökumət portalına istinadən xəbər verir. Regional idarəetmə binasında keçirilən mərasimdə Regional Seçki Komissiyası, Federasiya Şurasının qanunvericilik, icra, məhkəmə üzvləri, Dövlət Dumasının deputatları, regional prokurorluq nümayəndələri, siyasi partiyalar, ictimai birlik rəhbərləri, rayon icra hakimiyyəti federal orqanlarının nümayəndə heyəti, xarici ölkələrin nümayəndələri eləcə də Azərbaycandan getmiş nümayəndə heyəti iştirak edib.

Prezident Admnstrasiyasının şöbə müdiri ƏIi Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətində YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Adil Əliyev və başqaları olub.

Qubernator Aleksandr Jilkin deyib ki, regionda son illər ərzində əsaslı dəyişikliklər baş verib, qtisadi, tibb, təhsil, mədəniyyət və idman sahələrində sürətlə inkişaf nəzərə çarpır. Yeni qubernator həmçinin region üzrə gələcək hədəflərindən də bəhs edib: "Əvvəllər olduğu kimi bizim üçün ən vacib məsələ Həştərxan əhalisini daha yaxşı həyat: sosial müdafiə, layiqli gəlir, pensiya, ətraf mühit və ictimai təhlükəsizliyi təmin etməkdir".

Qeyd edək ki, Aleksandr Jilkin 14 sentyabrda keçirilən seçkidə 75 % səs toplayaraq regionun qubernatoru seçilib.




Xəyalə Mahmudova