Ermənistanın Tavuş rayonu ərazisində erməni hərbçilərini aparan “Qaz-66” avtomobili qəzaya uğrayıb. Maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Ermənistanın Tavuş rayonu ərazisində erməni hərbçilərini aparan “Qaz-66” avtomobili qəzaya uğrayıb. Maşın yoldan çıxaraq dərəyə yuvarlanıb.

Ermənistanda hərbçilərlə dolu maşın dərəyə yuvarlandı- 1 ölü, 11 yaralı

Ermənistanın Tavuş rayonu ərazisində erməni hərbçilərini aparan “Qaz-66” avtomobili qəzaya uğrayıb. Maşın yoldan çıxaraq dərəyə yuvarlanıb.



AzNews.az musavat.com-a istinadən xəbər verir ki, sükan arxasında olan Pavlik Manukkyan aldığı xəsarətlərdən yerindəcə keçinib. Aralarında zabitlərin də olduğu 11 hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Berd şəhərinin hərbi hospitalına yerləşdirilib. Araşdırma aparılır.

AzNews.az