Ukraynada daha bir deputat fəalların hücumuna məruz qalıb. Ukraynada daha bir deputat fəalların hücumuna məruz qalıb.

Ukraynada daha bir deputatı zibil qutusuna atdılar

Ukraynada daha bir deputat fəalların hücumuna məruz qalıb.



Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, fəallar deputatı itələyərək zibil qutusuna salıblar.

Bu dəfə "zibilə düşən" Roven Vilayət Soveti başçısının müavini Aleksandr Danilçuk olub. O, "Batkivşina" xətti ilə deputat seçiləndir. Ancaq etirazçılar onu Viktor Yanikoviçin Regionlar Partiyası ilə əlaqələrdə ittiham ediblər (Deputatın özü isə iddia edir ki, "regionları" dəstəkləməyib).

Hadisə belə olub: Danilçuku Vilayət Soveti binasından çıxararaq, "Qanba!" ("Ar olsun!") şüarı altında zibil qutusuna tərəf itələyiblər. Burada o, bir neçə dəqiqə qalandan sonra çıxmasına icazə verilib.

AzNews.az