Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Putin Rusiya müsəlmanlarını təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.



AzNews.az xəbər verir ki, bu haqda informasiya Kremlin rəsmi saytında yerləşdirilib.
"Qurban bayramı yüz illərdir ki, insanların daxili dünyasına sirayət edib, onlarda ali hisslər yaradıb. Bu da sonda cəmiyyətdə yaşayan insanların yaxınlaşması, mehribanlaşması ilə nəticələnir. Rusiyada yaşayan hər bir millətin dini baxışlarına və ənənələrinə hörmətlə yanaşırıq", - deyə Vladimir Putin bildirib.

Rusiya prezidenti ölkənin siyasi və iqtisadi həyatında müsəlmanların böyük rol oynadığını vurğulayıb.


Babək Göyüş
AzNews.az