İranlı turistlər Ermənistana 50 milyon dollar qazandırdı

Ötən illə müqayisədə bu il İrandan Ermənistana turist səfərlərinin sayı azalıb. Bu barədə məlumatı İrəvan Dövlət Universitetinin fakültə dekanı Aramis Avaqanyan verib.

Onun sözlərinə görə, ötən il iranlı turistlər dövlət büdcəsinə 40-50 milyon dollar gəlir gətirmişdilərsə, bu il bu rəqəmdə kəskin azalma baş verib. Səbəb isə Ermənistanda xidmət səviyyəsinin aşağı olması və bahalıqdır.

"Əgər ötən il İrandan 15 min turist Ermənistana gəlmişdisə, artıq bu gün onların sayı azalıb" deyə universitet rəsmisi vurğulayıb.

Alpər
AzNews.az