Aksiyaçılar “Kumtor” qızıl yatağının milliləşdirilməsini istəyirlər Aksiyaçılar “Kumtor” qızıl yatağının milliləşdirilməsini istəyirlər

Bişkekdə etirazçılar hökumət evinə girdi

Aksiyaçılar “Kumtor” qızıl yatağının milliləşdirilməsini istəyirlər



Bişkekdə böyük etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları hökumət evinə hücum etməyə çalışırlar. Verilən məlumata görə, parlament və prezident aparatının yerləşdiyi hökumət evinin həyətinə artıq onlarla etirazçı daxil ola bilib.

Onlar birbaşa binanın içərisinə daxil olmağa çalışırlar. 500 dən artıq aksiyaçının isə şəhərin mərkəzi meydanında toplaşdığı deyilir. Aksiyaçıların tələbi isə, Kanada ilə müştərək fəaliyyət göstərən "Kumtor" qızıl yatağının milliləşdirilməsidir.

Sadiq Musa
AzNews.az