- Köhnə - Region
- 29 Yanvar 2015 17:10
- 3 886
Ermənilər bu serialın dayandırılmasını tələb edirlər
Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata əsasən, ermənilər serialın yayımının dayandırılması məqsədi ilə imzatoplama kampaniyasına başlayıblar.
Erməni Mətbuat Mərkəzi yaydığı açıqlamada qeyd edib ki, serial qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərin təsirini neytrallaşdırmağa xidmət edir.
Beynəlxalq Erməni Şurası isə Türkiyə seriallarının həmin ölkənin mədəniyyət və turizm elementlərini özündə ehtiva etdiyini bəya edib.
Qeyd edək ki, Cənubi Amerikada yayımlanan Türkiyə serialları xeyli populyarlıq qazanıb və tamaşaçı sayı baxımından Braziliya seriallarını üstələməyə başlayıb.